AZ

Selenium mənbəyi olan təbii qidaların siyahısı: 5 ümumi simptomu necə aradan qaldırmaq olar?

Selenium mənbəyi olan təbii qidaların siyahısı:

Selenium, tiroid vəzi və immunitet sistemi üçün vacib bir mineraldır. Onun çatışmazlığı yorğunluq, saç tökülməsi, təkrarlanan xəstəliklər, əzələ zəifliyi və zehni qarışıqlıq kimi simptomlarla özünü göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, selenium tiroid hormonlarının sintezində mühüm rol oynayır, bu da saçların sağlamlığını və bədənin enerjisini təmin edir.

Çatışmazlıq nəticəsində immunitet sistemi zəifləyir, xəstəliklərə qarşı həssaslıq artır, əzələ zəifliyi və enerji azlığı yaranır.

Beyin funksiyaları da selenium çatışmazlığından təsirlənə bilər, bu isə diqqət və yaddaş problemlərinə səbəb ola bilər.

Bu problemlərin qarşısını almaq üçün seleniumla zəngin qidalar istehlak etmək tövsiyə olunur. Qida mənbələrinə fıstıq, tuna, konservləşdirilmiş sardina, steyk, qaraciyər, qəhvəyi düyü, lobya və tam buğda çörəyi daxildir.

Əlavə olaraq, selenometionin tərkibli əlavələr də istifadə edilə bilər, lakin həkim məsləhəti vacibdir.

Selenium qəbul edərkən E vitamini ilə birləşməsi onun təsirini gücləndirə bilər. Bu mineralla zəngin qidalar immunitet sistemini gücləndirir, enerji səviyyələrini artırır və ümumi sağlamlığı dəstəkləyir.

Daimi və balanslı pəhriz selenium səviyyəsinin qorunmasında mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
28
13
e-saglam.az

10Mənbələr