AZ

“Eovin” qasırğası Şimali İrlandiyada 75 mindən çox evi işıqsız qoyub

London, 26 yanvar, AZƏRTAC

“Eovin” qasırğasının elektrik şəbəkəsinə vurduğu ziyan nəticəsində Şimali İrlandiyada təxminən 75 min istehlakçı hələ də elektrik enerjisindən məhrum olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bazar günü Şimali İrlandiya ərazisində külək üçün sarı hava xəbərdarlığı qüvvədədir. Bu xəbərdarlıq yerli saatla 19:00-a qədər davam edəcək. Bir çox bölgədə küləyin sürəti saatda 40-60 mil (65-96 km) arasında dəyişir.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London
Seçilən
14
10
azertag.az

10Mənbələr