AZ

Türkiyə XİN rəhbəri Bağdadı İŞİD və PKK-yə qarşı birgə mübarizə aparmağa çağırıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri zamanıİraq hakimiyyətini PKK və İŞİD qruplaşması ilə birgə mübarizəaparmağa çağırıb.

Trendin məlumatına görə, bu barədə Hakan Fidan İraqın xariciişlər naziri Fuad Məhəmməd Hüseynlə birgə mətbuat konfransı zamanıdeyib.

"Bu faktı ən qəti şəkildə qeyd etmək istəyirəm: PKK Türkiyə,İraq və Suriyaya hücum edir. Bölgənin gələcəyi və xalqlarımızınfiravanlığı üçün terrora qarşı birgə mübarizə aparmalıyıq. PKK vəİŞİD-i məhv etmək üçün bütün gücümüzü sərf etməliyik", - deyə obildirib.

Onun sözlərinə görə, Ankara hələ də 2024-cü ildə PKK-nı qadağanolunmuş təşkilatlar siyahısına əlavə edən Bağdadın onu terrortəşkilatı kimi tanımasını gözləyir. O qeyd edib ki, tərəflərhəmçinin kəşfiyyat sahəsində mümkün əməkdaşlıq və digər ölkələrinİŞİD-in məhvinə cəlb olunmasını müzakirə ediblər.

Seçilən
14
1
az.trend.az

2Mənbələr