Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunaağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.
Mia.az-ın xəbərinə görə, hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil", - deyə, mənbə bildirib.