Həftənin bazar günü Bakıda Yerüstü Nəqliyyat Aagentliyi tərəfindən təşkil edilən bütün ərazilərdə parklanma ödənişsizdir.
Xezerxeber.az xəbər verir ki, ancaq, buna baxmayaraq bəzi ərazilərdə qanuni parklanma yerlərində sarı jiletlilər peyda olub.
Onlara ödənişsiz olan parklanma üçün bəzi sürücülər ödəniş də edirlər.
Onlar isə qarşılığında sürücülər üçün boş yerlər tapır, müəyyən mənada köməklik edirlər. Qanuna əsasən, parklanma yerlərində ödənişlər nağd qaydada edilməməlidir.
Üstəlik, həftənin bazar günü avtonəqliyyat vasitəsinin parklanması üçün heç bir ödəniş tələbi yoxdur.
Çəkiliş apardığımız zaman həmin şəxslərə yaxınlaşıb sual vermək istədik. Bəziləri üzünün düşməsini istəməsə də, suallarımızı cavablandırdılar.
Sürüclər də belə şəxslərin pulsuz xidmət üçün pul tələb etmələrini düzgün hesab etmirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.