Türkiyə kəşfiyyatının rəhbəri (MİT) İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gəlib.
Bu barədə Türkiyə mediasına istinadən xəbər verilir.
Məlumata görə, onu Suriyanın yeni administrasiyasının lideri əl-Culani və xarici işlər naziri əl-Şibani qəbul edib. Görüşün təfərrüatları hələlik açıqlanmayıb.
Kalın bundan əvvəl də 2024-cü il dekabrın 12-də Suriyaya səfər etmişdi. O, Əsəd rejiminin devrilməsi və müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə gələn ilk xarici nümayəndə olub.
Toğrul İSMAYIL
Mənbə: musavat.com