AZ

​“Fənərbaxça”dan Mourinyoya ad günü hədiyyəsi

Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir.Metbuat.az APA-ya istinadla xəbər verir ki, gecənin son matçında “Fənərbaxça” “Göztəpə”ni qonaq edib.Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.Görüş “sarı-lacivərdlilər”in 3:2 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahiblərinin heyətində 43 və 56-cı dəqiqələrdə Yusif En-Nesri, 55-ci dəqiqədə Oğuz Aydın fərqləniblər. "Göztəpə"nin qollarını 25-ci dəqiqədə Xuan, 82-ci dəqiqədə Miroşi vurub.

Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyonun doğum günüdür.

Seçilən
27
1
metbuat.az

2Mənbələr