AZ

İbrahim Qahirədə iki medal aldı

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri iki bürünc medalla başa vurub.

Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı həm təkbətək mübarizədə, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.

Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.

Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İbrahim - Tumkaya tandemi 1/4 finalda da Hindistan təmsilçilərini yenərək turniri yarımfinalda başa vurub.

Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.

Seçilən
12
fanat.az

1Mənbələr