AZ

Almaniya Rusiyaya kompensassiya verməkdən imtina edir

Alman hökuməti Rusiyanın Leninqradın mühasirəsindən sağ çıxanvətəndaşlarına kompensassiya ödəməkdən imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Almaniya, milli mənsubiyyətindən asılı olmayaraq, mühasirədən çıxan heç kəsə yardım ödəməyəcək. Berlinin mövqeyində bu baxımdan heç bir dəyişiklik müşahidə olunmur.

Rəsmi Moskva hesab edir ki, almanlar "mühasirəçilərə" kompensassiya ödəyəcəkləri təqdirdə, faşizm zülmündən əziyyət çəkən başqa xalqlarının təmsiçilərindən də çoxsaylı iddaların olacağından narahatdırlar.


Müəllif: Teleqraf.com
Seçilən
35
teleqraf.com

1Mənbələr