AZ

ABŞ Kolumbiya vətəndaşlarına viza verilməsini dayandırıb

Vaşinqton, 24 yanvar, AZƏRTAC

ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kolumbiyadakı Səfirliyinin konsulluq şöbəsinə viza verilməsini dayandırmaq barədə tapşırıq verib. AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ-dan göndərilən iki repatriasiya təyyarəsini qəbul etməkdən imtina etməsindən sonra atılıb.

Həmçinin ABŞ-ın repatriasiya uçuş əməliyyatlarına müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə səyahət qadağası da qüvvəyə minib.

Bildirilir ki, Kolumbiya öz vətəndaşlarının qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər tədbirlər davam edəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
23
50
azertag.az

10Mənbələr