ABŞ səfirliyi viza verilməsini dayandırır
ABŞ-nın Boqotadakı səfirliyi viza verilməsini dayandırır.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
Məlumata görə, müvafiq əmri ABŞ Dövlət katibi Marko Rubio imzalayıb. Birləşmiş Ştatların yeni baş diplomatı qeyd edib ki, o, “Öncə Amerika” proqramına üstünlük verməyə davam edəcək.
Bu tədbirlərin Kolumbiya öz vətəndaşlarını qaytarmaq üzrə öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalıb-qalmayacağı dəqiqləşdirilir.
ELÇİN