AZ

Əhmədbəyli-Füzuli-Şuşa yolunun beynəlxalq normalara uyğun tikintisi yekunlaşır (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmişərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən,Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraqyekunlaşdırılır.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğuisə 81,7 kilometrdir. Yeni yol19,3 kilometr qısadır.

I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub.Müvafiq olaraq yol yatağının eni 29.5 m21.5 m təşkil edir.

Yolun texniki göstəriciləri aşağıdakıkimidir:
- Yolun uzunluğu - 81.74 km;
- Yolun texniki dərəcəsi - I;
- Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
- Hərəkət zolağının eni - 3.5 m;
- Torpaq yatağının eni - 21.5-29.5 m;
- Hərəkət hissəsinin eni - 14-21 m;
- Yol çiyinlərinin eni – 1.5-2 m;
- Ayrıcı zolağın eni – 2 m.

Yolun konstruksiyası aşağıdakı kimidir:
- Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm
- Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı)- 20 sm
- Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm
- Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm
- Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm
- Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm

Layihə çərçivəsində qazma və dolğu işləri,yol yatağı və yol əsasının inşası,asfalt-beton örtüyünün aşınma layına qədərdöşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.

Yol boyu müxtəlif diametrli 191 dairəvi vədüzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyatkeçid, 1 qovşaq, 11 körpü,7 tunel və 9 viaduk inşaedilib.

Körpülərin ümumi uzunluğu 1557 metr,viadukların uzunluğu 1965 metr, tunellərin ümumiuzunluğu isə (sağ və sol istiqamət) 12 700 metrəyaxındır.

Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfəolaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlamaişləri yerinə yetirilib:
- 1-ci viaduk - 57 km-də, 185 m;
- 2-ci viaduk - 61.6 km-də, 250 m;
- 3-cü viaduk - 62.5 km-də, 295 m;
- 4-cü viaduk - 65.1 km-də, 146 m;
- 5-ci viaduk - 69.67 km-də, 118 m;
- 6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70m, sağ-210 m);
- 7-ci viaduk - 78.7 km-də, 295 m;
- 8-ci viaduk - 79.3 km-də, 158 m;
- 9-cu viaduk - 79.7 km-də, ortalama 378 m(sol-410 m, sağ-350 m).

İnşa edilmiş tunellərdə qaya qruntlardan ibarəthissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarlaaparılıb:
- 1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol3275 m, sağ 3330 m);
- 2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol351.6 m, sağ 293.2 m);
- 3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol515.6 m, sağ 550.2 m);
- 4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol679.8 m, sağ 680.6 m);
- 5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol570 m, sağ 510.2 m);
- 6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol431 m, sağ 477.4 m);
- 7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol525.8 m, sağ 499.4 m).

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununtikintisi layihəsi çərçivəsində daş divar, geodivar və betonistinad divarı olmaqla ümumi uzunluğu 31 800 metrolan divarlar inşa edilib, 69 200metr uzunluğunda drenaj xətti çəkilib,256 000 metr uzunluğunda kanallarqurulub.

Hazırda layihə boyu son tamamlanma işlərigörülür, asfalt-beton örtüyünün aşınma layınındöşənməsi işləri icra olunur. Bundan başqa yol boyudəmir-beton baryerlərin, əyrixətli metalsədd çəpərlərinin, işıqlandırma qurğularının vəyol avadanlıqlarının quraşdırılması, yolun üfiqinişanlanma xətlərinin çəkilişi, istirahət vəparkinq yerlərinin tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nıntələblərinə və beynəlxalq magistral normalarınauyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılmasıüçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbərolunub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobilyolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalıvə Şuşa rayonlarını birləşdirir.

Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Əhmədbəyli-Füzuli-Şuşa
Seçilən
6
17
az.trend.az

10Mənbələr