Həbsdə olan məşhur meyxanaçı Rəşad Dağlının ailəsində ağır itki baş verib.
Ölkə.az xəbər verir ki, meyxanaçının nənəsi Güldanə xanım dünyasını dəyişib.
Xatırladaq ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Bu hadisə 2022-ci il noyabrın 9-da baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hakim Leyla Əsgərova-Məmmədovanın hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /BAKU.WS