AZ

Azyaşlının ölümünə səbəb olan şəxs qərardan narazıdır

Ali Məhkəmədə avtomobillə ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.     

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.  

 

Qeyd: Hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.
 

Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızını və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu vurub. Nəticədə uşaq ölüb.
 

Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib və təmin edilməyib.  

 

Xatırlatma: Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir.  
Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.

 

Kamal Məmmədov

Tarix: 27 Yanvar 2025, 09:11   
Seçilən
12
pravda.az

1Mənbələr