AZ

Dəniz kənarından sirli "cadugər şüşəsi" tapıldı - İçindən çıxan nəsnə heyrətləndirdi

Böyük Britaniyada, dənizkənarı Klitorp şəhərində tikinti sahəsində çalışan işçilər 200 illik tıxaclı “cadugər şüşəsi” tapıblar. 


Referans.az  xəbər verir ki, bu barədə "Unexplained Mysteries" portalında məlumat verilib .


“İnşaatçılar onun köhnə rum (şəkər əsaslı içki) şüşəsi olduğunu güman etdilər və onu açmağı planlaşdırdılar. Məlum oldu ki, şüşənin içərisində rom yox, sidik var”, - nəşr yazır.


Şüşənin tərkibini multispektral skanerdən istifadə edərək Linkoln Universitetinin tələbəsi Zara Yates müəyyən edib.

"Yaxşı ki, menecer içəri girdi və onları dayandırdı", - tələbə deyib.


Tədqiqatçılar şüşənin niyə basdırıldığına cavab verə bilmirlər, lakin onun məqsədinin mülkü şər qüvvələrdən qorumaq olduğunu irəli sürürlər.

"Dənizçinin təhlükəsiz üzməsini təmin etmək üçün onu yerə qoyması da mümkündür", - nəşrin müəllifləri əlavə ediblər./publika.az

Seçilən
813
referans.az

1Mənbələr