AZ

İmmiqrantları daşıyan təyyarələrin ölkəyə enişinə icazə vermədi

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-dən deportasiya edilən kolumbiyalı immiqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməyib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında ABŞ rəsmilərinin kolumbiyalı mühacirlərə “cinayətkar” kimi baxdığını bildirib.

“Amerika kolumbiyalı immiqrantlara cinayətkar kimi yanaşa bilməz. Kolumbiyalı mühacirləri daşıyan ABŞ təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz immiqrantları qəbul etməzdən əvvəl Birləşmiş Ştatlar onlarla ləyaqətlə davranmaq üçün protokol tərtib etməlidir”, - deyə Petro əlavə edib.

Qeyd edək ki, ABŞ-nin Boqotadakı Səfirliyi Petronun qərarına cavab olaraq viza prosedurlarını dayandırmaq qərarına gəlib.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr