AZ

Bakının mərkəzində səkini söküb parklanma yerinə çevirirlər

Yeni tikilən binanın qarşısında parklanma yeri yaradılırsa, həmin binanın prestiji artmış hesab olunur. Bu halda obyekt sahibi binanın alt mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrini baha qiymətə sata, yaxud asanlıqla icarəyə verə bilər.

AzPost xəbər verir ki, indi bu praktika geniş yayılıb, amma parkinq yerləri səkilərin dağıdılması və ya ensizləşdirilməsi hesabına yaradılır. Faktiki piyada yolları sistem olaraq sıradan çıxır, yaxud zəbt edilir.

Xan Şuşinski və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni tikilən 6 mərtəbəli binanın qarşısında da parklanma yeri eyni prinsiplə yaradılır. Amma piyadaların rahatlığının pozulması, təhlükəsizliyi heç kimi düşündürmür.

Qeyd edək ki, qanunsuz olaraq parkinq  təşkil etməyə görə qanunvericiliklə cərimə nəzərdə tutulur.

Seçilən
17
10
azpost.info

10Mənbələr