AZ

Deputat: Elmi dərəcə almaq daha asan olacaq

“Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsi üzrə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

 

Bu barədə Milli Məclisin elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov keçirilən iclasda bildirib.

 

AzEdu.az Təhsil Portalı olaraq daha ətraflı məlumat əldə etmək üçün millət vəkili Ceyhun Məmmədov ilə əlaqə saxladıq.

 

Deputat bildirdi ki, bu dəyişiklikdən sonra doktorantura oxuyanlar və elmi dərəcə almaq istəyənlərə xeyli asanlıq yaradılacaq:

 

“Dünyanın bütün ölkələrində doktorantura iki yox, birpilləlidir. Bizdə isə elmlər doktoru adını almaq istəyən şəxslər 2 dəfə doktorantura oxuyur və eyni çətinlikləri yaşayırlar. Yenidən elmi iş müdafiə edirlər, onlar üçün müdafiə şurası yaradılır, rəy verilir və s.

 

“Ali təhsil haqqında” qanun layihəsində təklif olunan modelə əsasən doktorantura 1 dəfə olacaq və namizədlər təkrar prosedurlardan ikinci dəfə keçməyəcəklər. 

 

Bu gün insanlar dosent elmi adını əldə edirlər, o formada da doktorluq davam edir. Onlar, kitab, proqram yazmaq, əsər yaratmaq, ardınca isə elmi məqalələr yaratmaqla fəaliyyətlərini davam edirlər. Bu isə ciddi anlamda prosesin sürətləndirilməsinə səbəb olur. Bu qaydadan sonra prosesin daha da asanlaşması gözlənilir. İnsanlar daha rahat formada elmlər doktorluğu dərəcəsini alacaqlar. Bu gün doktorantura çətin və ağır olduğuna görə insanların bir çoxu müdafiəni edə bilmirlər. Bundan ciddi şəkildə əziyyət çəkirlər. 

 

Bu model doktorantura oxuyanlar və elmi dərəcə almaq istəyənlər üçün daha rahat model olacaq. İndiyə qədər tətbiq olunan pilləli və ağır prosesi dəfələrlə keçməli olmayacaqlar”,-deyə deputat fikrini yekunlaşdırıb.

 

Seçilən
14
41
azedu.az

10Mənbələr