AZ

Şeyx Zayed Festivalında üzən bazar

Yazını böyüt
Yazını kiçilt

Şeyx Zayed Festivalında açılmış Al Wathba Hundred Market öz ziyarətçilərinə Cənub-Şərqi Asiyanın "Siam" Krallığında ənənəvi bazarların füsunkar ab-havasını yaşamaq imkanı təqdim edir.

Hafta.az-ın yazdığına görə, 4 min qayığa ev sahibliyi edən bazar Tailandın məşhur dadları ilə dünya mətbəxinin ən gözəl dadlarını bir araya gətirir. İlk dəfə keçirilən və Birləşmiş Ərəb Əmirlikləri fontanının mənzərəsi ilə baş tutan bu tədbir ziyarətçilərə Əl-Vatba gölünün sahilində unudulmaz təcrübə təqdim edir. Bazardan həzz alaraq, Çin, yapon, ərəb və Latın Amerikası mədəniyyətlərindən ilhamlanan bədii və musiqili tamaşalara baxa, ənənəvi Tay rəqslərinin bənzərsiz gözəlliyinə şahidlik etmək olar.

Tailanddakı üzən bazarlar ölkənin ən mühüm mədəni və tarixi irslərindən biri hesab olunur. Yerli əhali qayıqlarda yemək, içki və müxtəlif məhsullar sataraq bu ənənəni davam etdirir.

Banqkok, Damnoen Saduak, Amfava və Bang Nam Fueng kimi bölgələrdə yayılmış bu bazarlar su üzərində yaşayan insanların ənənəvi həyat tərzini kəşf etmək istəyən turistlər üçün məşhur bir cazibədir.

Seçilən
2
hafta.az

1Mənbələr