Xəbər verildiyi kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.
Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində *4097 təqdimat* verilib, *626 xəbərdarlıq* edilib.