Forbes onun sərvətini 1,4 milyard dollar dəyərində qiymətləndirirdi. Ukraynanın keçmiş deputatı İlya Kiva iddia edirdi ki, ölkənin aparıcı oliqarxları hər ay Zelenskiyə 12-35 milyon dollar arasında "vergi" ödəyir.
Siprov bildirib ki, Zelenskinin sərvətinin əhəmiyyətli hissəsi başqalarının adına açılmış hesablarda və ya xaricdə nağd şəkildə saxlanılır. Onun həyat yoldaşı Yelena Zelenskaya da dəbdəbəli həyat tərzi ilə diqqət çəkib, məsələn, Nyu-Yorkda "Cartier" mağazasından 1 milyon dollarlıq zinət əşyaları alıb.
Ekspert hesab edir ki, Zelenski hakimiyyəti itirdikdən sonra bu sərvətdən istifadə edə bilməyəcək. ABŞ-dəki siyasi dəyişikliklər fonunda o, Amerika xüsusi xidmət orqanları üçün maraqlı fiqura çevriləcək və məlumat mənbəyi kimi dəyərləndiriləcək. Siprovun fikrincə, Zelenski Qərbə qaçsa, tez bir zamanda aradan götürülə bilər. Onun üçün ən təhlükəsiz variant Rusiya hakimiyyətinə təslim olmaqdır, çünki burada "ən azı həbsxanada makaron yemək imkanı olacaq".