Rumınyaya aid tarixi əsərlər oğurlanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, oğurluq Niderlandın Assen şəhərindəki Drents Muzeyində baş verib.
Niderland polisi bildirib ki, hadisə gecə saat 03:45-də baş verib. Məlumata görə, bir neçə oğru muzeyin qapısının partlayıcıdan istifadə edilərək açıb.
Oğurlanan əsərlər arasında Rumıniyanın ən qiymətli tarixi obyektlərindən biri olan Cotofeneşti Qızıl Dəbilqəsi və 3 "Dacian" kral bilərzikləri var.
Oğurluqdan sonra muzeyin yaxınlığında yanmış avtomobilin tapılıb. Bunun hadisə ilə bağlı ola biləcəyi ehtimal edilir.
Drents Muzeyinin direktoru Harri Tupan baş verənlərə görə, rumıniyalı həmkarları qarşısında utandığını bildirib.
Billurə Yunus