Artıq fiziki şəxslər “XalqOnline” sistemində gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə “XalqOnline” üzərindən ölkədaxili və ölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarını icra etmək mümkündür. Bundan başqa, müştərilər onlayn ərizəni “SİMA İmza” ilə imzalayaraq debet kart sifarişi, kredit və hesab açılması üçün banka müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.