AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyununda mübahisəli epizodla bağlı şərh edib.
"Operativ Media" xəbər verir ki, o, "Turan Tovuz"un qolu qaydalar çərçivəsində vurduğunu bildirib.
90-cı dəqiqə: Hesaba alınan qol
“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.
VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır".
Qeyd edək ki, matç"Turan Tovuz "un 2-1 hesablı qələbəsi ilə başa.