AZ

“Fermerlərin xərcləri artacaq”

Yazını böyüt
Yazını kiçilt

“Mülayim hava şəraitinin kənd təsərrüfatı sahəsinə mənfi təsirləri var. Belə ki, qışda havalar mülayim keçən zaman torpağın hums qatında zərərvericilər inkişafda olur. Onlar inkişafda olduğundan erkən yazda torpağa atılan toxum zərərvericilərin hücumuna məruz qalır. Fermer toxumu torpağa atan vaxtdan zərərvericilərə qarşı mübarizəyə başlayır”.

Bu fikirləri Hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib.

Ekspert deyib ki, mülayim hava şəraiti zərərvericilərin inkişafı üçün münbit şərait yaratdığından bu fermerlərin xərclərini artıracaq: “Əksinə havalar şaxtalı və soyuq keçəndə yerin üst qatındakı zərərvericilərin bir hissəsi məhv olur, az hissəsi də torpağın daha dərin qatlarına doğru çəkilir. Nəticədə erkən yazda toxumun inkişafı üçün ciddi problem yaranmır və fermer zərərvericilərlə daha gec mübarizəyə başlayır”. 

Seçilən
15
hafta.az

1Mənbələr