Macarıstan Aİ-nin Belarusdakı seçkilərin tanınmaması ilə bağlı birgə bəyanatını bloklayıb.
Aİ Macarıstanın imzası olmadığı üçün 27 üzvünün birgə bəyanatını dərc edə bilməyib. Əvəzində Aİ-nin xarici işlər naziri Kaja Kallas və Avropa Qonşuluq və Genişlənmə üzrə komissarı Marta Kos bəyanat yayıblar. Sənəddə vurğulanır ki, 26 yanvar seçkiləri “nə azad, nə də ədalətli” olub və Belarus xalqı “ölkəsini kimin idarə edəcəyi sualında real səsə layiqdir”.