AZ

Bişkekdə Avrasiya ölkələrinin beynəlxalq kinoforumu keçiriləcək

Bakı, 27 yanvar, AZƏRTAC

Fevralın 2-5-də Bişkekdə Avrasiya ölkələrinin “Eurasia-Kinofest” kinofestivalının beynəlxalq kinoforumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstanın xəbər agentliyi olan KABAR məlumat paylaşıb. Bildirilib ki, tədbir “Avrasiya” muxtar qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub.

Festival çərçivəsində peşəkar kinorejissorlarla, məşhur aktyorlarla görüşlər, ustad dərsləri və “Eurasia-Kinofest” qaliblərinin ən yaxşı filmlərinin nümayişi təşkil olunur.

Seçilən
28
azertag.az

1Mənbələr