AZ

Təyyarədə sərnişinin ağzını LENTLƏ BAĞLADILAR

Avstraliya mətbuatında yer alan məlumata görə, 69 yaşlı sərnişin Stefani Alesandra Bank FJ871 reysi ilə San-Fransiskodan Nadiyə uçarkən əsəb böhranı keçirib. 

News24.az xəbər verir ki, uçuş zamanı sərxoş olduğu iddia edilən Bankın ətrafdakıları narahat etdiyi və digər sərnişinləri təhqir etdiyi bildirilib.

Sərnişinlərin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün ekipaj müdaxilə edərək nəzarətdən çıxan qadını yapışqan lentlə bağlamalı olub. 

Təyyarə Nadiyə enərkən Bank polis qrupları tərəfindən qarşılanaraq nəzarətə götürülüb.

Fici polisinin sözçüsü bildirib ki, stüardessalardan bəziləri fiziki xəsarət alıb. 

Hakimin qarşısına çıxarılan yaşlı qadının 345 dollar cərimə olunduğu, cəriməni ödədikdən sonra ona qarşı işin dayandırıldığı açıqlanıb.


Məryəm İlhamqızı

Seçilən
8
news24.az

1Mənbələr