Qalıq ehtiyatı dövrü olaraq faktiki qalıqla kitab qalığı müqayisə edilməklə yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
İnventarizasiya zamanı aşkar edilən bütün əhəmiyyətli kənaraçıxmalar bilmədən olan dəyişik salmalar və / və ya yanlış istifadələr baxımından tədqiq edilməlidir. İstehsal sahələrində istifadə edilən materialların və əczaçılıq məhsullarının qablaşdırmaları növbəti istifadəyə qədər xarab olmanın və / və ya çirklənmənin qarşısını almaq məqsədi ilə etibarlı şəkildə bağlanmalıdır. Yalnız açılmış və ya müəyyən qismi istifadə edilmiş material və əczaçılıq məhsulları bitdikdən sonra yeni qablaşdırmaların istifadəsinə yol verilir.