Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, nazir açıqlaması ilə Suriyadakı silahlı qruplara mesaj verib.
H.Fidan bildirib ki, Suriyada silahlı qruplaşmalar vahid ordu altında toplanmalı və vahid qanuni dövlət qurumu silah daşımaq səlahiyyətinə malik olmalıdır. Dövlət rəsmisi Türkiyənin Suriyadakı silahlı qruplaşmaları milli orduya qoşulmağa çağırdığını bildirib.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Asharq News” televiziyasına cari regional və qlobal hadisələri şərh edən Fidan xarici güclərin bölgəyə həddindən artıq müdaxiləsi, bəzi dövlətlərin öz maraqlarını deyil, başqa ölkələrin mənafeyini müdafiə etməsi və başqa dövlətlər adına xidmət göstərməsinin, Suriyadakı kimi nəticələr verdiyini də vurğulayıb.
Aytac Şahin
Telegram kanalımız