AZ

Qısa müddətdə UNEC-in Dərbənd filialına diplom blankları təqdim olunacaq - RƏSMİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq UNEC-dən bildirilib.

Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.

Seçilən
53
50
report.az

10Mənbələr