AZ

ABB kart hesablarından vəsaitlərin silinməsi iddiasına münasibət bildirdi: Müştərilər fərdi məlumatlarını qorumalıdırlar

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərov ABB tərəfindən həm vətəndaşların, həm də şirkətlərin kart hesabından vəsaitlərin onların xəbəri olmadan silinməsi, müştərilərə bu kimi hallarda SMS-lə OTP (birdəfəlik parol) göndərilməməsi barədə iddialara münasibət bilirib.

 
Pravda.az-ın sullarını cavablayan Y.Cəfərli deyib ki, müştərilər fərdi məlumatlarını həssaslıqla qorumalı, onların başqa şəxslərin əlinə keçməsinə imkan verməməlidirlər: "Hər hansı şübhə doğuran məqamla bağlı əvvəlcədən bankla əlaqə saxlamalıdırlar".


 
Xatırlatma: Hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, hazırda işi məhkəmədə olan vətəndaş kibercinayətkarların qurbanı olub.  Belə ki, onun ABB "Tamkart" kredit kartından 10 704.83 manat məbləğində kredit silinib, özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə. Vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb, kartının bloklanmasını istəyib. Saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinib. Vətəndaşın polisə və ABB-yə müraciətləri heç bir nəticə verməyib.


 
Aytəkin Qardaşova

Tarix: 27 Yanvar 2025, 12:05   
Seçilən
3
pravda.az

1Mənbələr