AZ

Böyük Britaniya nüvə sualtı qayıqları ilə bağlı 11 milyard dollarlıq müqavilə imzalayıb

Böyük Britaniya Müdafiə Nazirliyi və “Rolls-Royce Submarines” şirkəti arasında nüvə sualtı qayıqları ilə bağlı 9 milyard funt sterlinq (11.1 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Bu barədə “Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, səkkiz illik müqavilə çərçivəsində “Rolls-Royce Submarines” şirkəti Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını gücləndirmək üçün nüvə reaktorlarına dizayn, istehsal və dəstək xidmətləri göstərəcək.

Seçilən
2
poliqon.az

1Mənbələr