ABŞ-ın yeni müdafiə naziri Pit Heqset ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama verib.
Heqset danışıq zamanı prezident Donald Tramp rəhbərliyi altında ABŞ-ın İsrailin müdafiəsi üçün lazım olan vasitələri təmin etməkdə qərarlı olduğunu bildirib.
Həmçinin davam edən təhdidlər qarşısında ortaq təhlükəsizlik hədəflərinin inkişaf etdirilməsinin vacibliyi və iki ölkə arasında sarsılmaz bağların olduğu vurğulanıb.