AZ

İsveç sualtı kabelə zərər vurmaqda şübhəli bilinən gəmini həbs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsveçdə Baltik dənizində "Latviya Dövlət Radio və Televiziya Mərkəzi" (LVRTC) şirkətinin sualtı kabelinin zədələnməsi ilə əlaqədar təxribatda ittiham olunan gəmi barəsində istintaq başlanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsveç Prokurorluğu xəbər yayıb.
Bildirilir ki, təxribatda şübhəli bilinən gəmi prokurorluğun qərarı ilə həbs edilib.
"Hazırda bir sıra konkret istintaq tədbirləri həyata keçiririk. Araşdırmada polis milli əməliyyat departamenti, sahil mühafizəsi və İsveç Silahlı Qüvvələri iştirak edir", - deyə qurumdan bildirilib.
Məlumatda qeyd olunub ki, hadisənin araşdırılması əlaqəli və intensiv şəkildə aparılır.
Seçilən
23
50
oxu.az

10Mənbələr