"Roma"nın idman direktoru Florent Qisolfi futbolçusu Paulo Dibalanın gələcəyi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, 31 yaşlı hücumçunun müqaviləsinin 2026-cı ilə qədər uzadıldığını təsdiqləyib:
“Rəsmi olaraq deyə bilərik ki, müqavilə uzadılıb. Biz çox xoşbəxtik. Çünki Dibala texniki liderdir və klub və azarkeşlərimiz üçün vacib fiqurdur”.
Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından “Roma”da oynayır. Bu mövsüm o, bütün yarışlarda 24 matça çıxıb, bu 5 qol vurub və 3 məhsuldar ötürmə verib.