AZ

Azərbaycanın xaricdən qızılgül idxalı kəskin artıb - ƏDƏDİ 3 MANATA GƏTİRİLİR

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 209 min 150 ABŞ dolları dəyərində 120 min 350 ədəd qızılgül (peyvənd olunmuş və olunmamış) idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14 min 940 dollar və ya 7,7%, miqdar baxımından isə  52 min 310 və ya 76,9% çoxdur.

2023-cü ilin yanvar-noyabr aylarında 194 min 210 dollar dəyərində 68 min 40 ədəd qızılgül idxal  edilib.

1 ədəd qızılgülün idxalı hesabat dövründə 3 manat təşkil edib.

Seçilən
31
50
fed.az

10Mənbələr