Partiya liderindən çağırış: Qəzzaya hücumların İsraildə Milli Təhlükəsizlik Naziri vəzifəsindən istefa verən “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir bu səhərdən etibarən məcburi köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına reaksiya verərək, bunun HƏMAS üçün qələbə olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Ben-Qvir sosial media hesabından verdiyi yazılı açıqlamada fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə verilməsinə reaksiya verib.
Ben-Qvir Qəzzanı ikiyə ayıran Netzarim dəhlizinin bu səhər açıldığını və minlərlə fələstinlinin şimala keçməsinə icazə verildiyini xatırladaraq, "Bu səhər Netzarimin açılışı və minlərlə Qəzzalının şimala keçidi HƏMAS-ın qələbəsinin və “ehtiyatsız sövdələşmənin” (məhbus mübadiləsi) başqa bir alçaldıcı tərəfidir” deyə bildirib.
Baş nazir Binyamin Netanyahunun Qəzzaya hücumların əvvəlində "tam qələbəyə qədər hücumları davam etdirəcəkləri" ifadəsinə toxunan Ben-Qvir:
"Bu (fələstinlilərin şimala keçməsinə icazə vermək) tam qələbə kimi görünmür.
Bu, tam təslim olmaq kimi görünür” ifadəsini işlədib.
Ben-Qvir Qəzzaya hücumların bərpasına çağırıb.