AZ

İlon Maskı Ağ Evdən sözün əsl mənasında qovublar

Maskın artan nüfuzu Trampın ətrafında artıq yavaş-yavaş gərginlik yaratmağa başlayır. Sosial şəbəkələrdəki müzakirələrdə Maskı hətta “prezident Trampın arxasında duran güc” adlandırırlar, Trampı isə zarafatla “vitse-prezident Tramp” kimi təqdim edirdilər, çünki Mask daim diqqət mərkəzində olmağı bacarır.

İlon Mask yeni yaranmış departament rəhbəri olaraq Ağ Evdə özünə ofis istəyirdi və bir müddətdir idi bu müzakirə olunurdu. Ola bilər Trampın epotajlı davranışları elə təəssürat yaradır ki, ətrafında heç bir nizam-intizam mövcud deyil, amma bu elə deyil. Trampın ətrafında nizam-intizamı tənzimləyən ciddi və nüfuzlu bürokratlar var, onların başında Ağ Ev administrasiyasının rəhbəri xanım Syuzan Uayls dayanır.

Mask Oval kabinetin yanında ofis əldə etmək uğrunda fəal mübarizə aparırdı. Bu məsələdə Syuzan Uayls Maskın yolunu kəsdi və sərt formada Ağ Evdə ona ofisin verilməyəcəyini bildirdi.

İndi yeni departamentə rəhbərlik edən Maskın komandası Ağ Evin Qərb qanadında deyil, Eyzenhauer İcra Ofisi binasında yerləşəcək.

Bina Ağ Evə çox yaxındır.

Bir jurnalistin Maskın Ağ Evin Qərb qanadında ofis alıb-almayacağı ilə bağlı sualına Tramp birmənalı cavab verdi: “Xeyr".

Zərrə qədər şübhəm yoxdur ki, gələcəkdə Mask və Tramp toqquşacaqlar, son hadisələr hələ ilk toxumlardır, hər şey qabaqdadır.

Politoloq Kamran Cəfərov

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr