AZ

Hakimləri öldürən adi şəxs deyil - İran Məhkəməsi

İranın Məhkəmə-Ədliyyə sisteminin rəsmi xəbər agentliyi Məhəmməd Moqəyyese və Əli Razininin öldürülməsi ilə bağlı yeni bəyanatında Ali Məhkəmənin iki hakiminə hücum edən şəxsin "çətin həyat şəraiti" ilə bağlı yayılan açıqlamaları "şayiə" adlandırıb və onun "adi bir şəxs olmadığını" bəyan edib.

"Mizan Online" Məhəmməd Moqəyyesənin oğlu Mohsen Moqəyyesənin şəxsi Instagram səhifəsində hücumçunun əməliyyatı üçün atasının iki dəfə “bütün hakimlərdən pul yığdığını” yazması və hücumçunun "maliyyə problemləri olduğunu" inkar edib.

Məlumatda həm də qatilin məqsədinin "şəxsi motivli" olmadığını bildirilib.

Xatırladaq ki, Məhəmməd Moqəyyese və Əli Razini İran mediasının Ədliyyə Sarayında "xidmətlər şöbəsinin işçisi" və "çay paylayıcı" kimi təqdim etdiyi şəxs tərəfindən güllələnib.

visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr