AZ

“Fəvvarələr” meydanında qanunsuz tikili sökülür

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı ŞəhərMemarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27 yanvar 2025-ci iltarixində Bakı şəhəri, Səbail rayonu Əhməd Cavad küçəsindəki(“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinləringediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasınabaşlanılıb.

Trendxəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsiməlumat yayıb.

Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişiksahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılmasıikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Başİdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilənmonitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısıalınmışdı.

Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidənözbaşına tikinti-quraşdırma işləri aparıblar.

Əlavə edilib ki, mövcud qanunvericiliyə əsasən, ticarət vəxidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icrahakimiyyəti orqanlarının səlahiyyətindədir.

Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığındansöküntüsü müvafiq qaydada təmin edilir.

Seçilən
7
16
az.trend.az

10Mənbələr