Aktual.az xəbər verir ki, bu barədə "Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi deyib.
"Əvvəlcə atəşkəs elan ediləcək. Bundan sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən bir missiyanı üzərinə götürə bilər və burada Prezident Ərdoğan həm Putin, həm də Zelenski ilə ünsiyyət qura bilən yeganə lider olduğu üçün vasitəçi rolunda olacaq. İndi Tramp da onlara qoşulub”, - Selvi bildirib.