Bakı. Trend:
Britaniyalı hərbçilər Böyük Britaniya sahillərində rusiyagəmilərini saxlamağa hazırdır.
Trendxəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Rusiya gəmilərinin sualtı boru kəmərlərinə və naqil xəttlərinəqəsdən zərər vurmasına dair sübutlar olarsa, Britaniya silahlıqüvvələri həmin rus gəmilərinin göyərtəsinə qalxıb, onları (ekipajüzvlərini) saxlaya bilər”, -məlumatda qeyd olunub.
Qeyd edilir ki, belə addımların gerçəkləşdirilməsi üçün “ənyüksək səviyyədə” siyasi iradəyə ehtiyac yaranacaq.
Xatırladaq ki, yanvarın 22-də Böyük Britaniyanın Müdafiə naziriCon Hili, nazirliyin Rusiyanın okeanı tədqiq edən “Yantar” gəmisinimüşahidə etmək üçün La-Manş boğazına iki gəmi göndərdiyinibildirmişdi. Onun sözlərinə görə, tədqiqat gəmisindən kəşfiyyatməlumatları toplanılır və casusluq məqsədilə istifadə olunur.