Bakı, TurkicWorld
2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə İran kapitalı ilə 346 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 370 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 407 milyon 520 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 842 milyon 92 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (309) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 317 milyon 220 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə İran kapitalı ilə 144 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.