AZ

Rusiya AK-12 avtomatının yeni variantlarını ilk dəfə IDEX-2025 sərgisində təqdim edəcək

Rusiyanın “Kalaşnikov” konserni IDEX-2025 sərgisində AK-12 avtomatının yeni variantlarının təqdimatını həyata keçirəcək.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, yeni AK-12 qısaldılmış (AK-12K) və AK-12 kompakt (AK-12SK) avtomatları ilk dəfə bu sərgidə təqdim olunacaq.

Bildirilib ki, 5.45×39 mm-lik patronlardan istifadə edən AK-12K və AK-12SK avtomatları düşmən canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Avtomatlar müasir döyüş tələblərinə cavab verən təkmilləşdirilmiş texniki, erqonomik və əməliyyat xüsusiyyətlərini özlərində birləşdirirlər.

Avtomatlardan atəş açarkən 5.45 mm-lik 7N6 adi gülləli, 7N10 nüfuz edən gülləli, o cümlədən 7T3 və 7T3M izburaxan gülləli patronlardan istifadə olunur. AK-12K və AK-12SK-nin maqazin tutumu 30 patrondur. Hər iki avtomat kütləsi 0.8 kiloqramdan çox olmayan aşağı səs-küylü atəş cihazı (səsboğucu) ilə təchiz edilib.

Boş kütləsi 3.4 kq və lüləsinin uzunluğu 290±20 mm olan qısaldılmış AK-12K avtomatının səsboğucu olmadan uzunluğu döyüş vəziyyətində 810 mm, yığılmış vəziyyətdə isə 570 mm-dir.

AK-12SK kompakt avtomatı AK-12K ilə müqayisədə daha yüngül çəkiyə və qısa lüləyə malikdir. Onun boş kütləsi 3.4 kq, lüləsinin uzunluğu isə 228±20 mm təşkil edir. Eyni zamanda, səsboğucu olmadan avtomatın uzunluğu döyüş vəziyyətində 750 mm və yığılmış vəziyyətdə 500 mm-dir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

photo

AK-12K

photo

AK-12SK

Seçilən
9
poliqon.az

1Mənbələr