Qazaxıstan millisi baş məşqçisi Stanislav Çerçesovla vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
rusiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
S.Çerçesov 2024-cü ilin iyunundan Qazaxıstan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında UEFA Millətlər Liqasında 6 oyun keçirib və Norveç seçməsi ilə heç-heçə edərək 1 xal qazanıb.