AZ

Konqonun Qoma şəhərinə üsyançılar nəzarəti ələ keçiriblər

Bakı, TurkicWorld

Konqo Demokratik Respublikasında (KDR) M23 üsyançı qrupunun daxil olduğu Konqo Çay Alyansı, ölkənin şərqindəki strateji əhəmiyyətə malik Qoma şəhərinə nəzarəti ələ keçirdiklərini bildirib.

TurkicWorld xəbər verir ki, Konqo Çay Alyansının lideri Corneille Nangaa Yobeluo, üsyançı qüvvələrin Qomaya nəzarət etdiyini və hökumət qüvvələrinə yerli vaxtla saat 03:00-a qədər təslim olma ultimatumunu verdiklərini deyib.

Bu iddia hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, Ruandanın dəstəklədiyi iddia edilən M23 üsyançı qrupu, noyabr ayı boyunca şərq bölgələrdə sürətli irəliləyiş əldə edib və həftənin əvvəlində Qomaya hücuma keçib. ABŞ, Fransa və Britaniya Ruandanın üsyançıların irəliləməsinə dəstəyini pisləyib.

Ruandanın BMT-dəki daimi nümayəndəsi Ernest Rvamuçyo isə Ruandanın üsyançıları dəstəklədiyi iddialarını təkzib edib. O, vəziyyətin pisləşməsi ilə bağlı məsuliyyəti Kinşasa hökumətinə yükləyib və DRC hökumətini sülhə sadiq qalmamaqda ittiham edib.

Seçilən
9
30
turkic.world

10Mənbələr