AZ

İsrail HHQ-nin F-16I qırıcıları qabaqcıl özünümüdafiə dəstləri ilə təchiz olunacaq

“Elbit Systems” şirkəti İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) F-16I döyüş təyyarələrini qabaqcıl özünümüdafiə dəstləri ilə təchiz edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və İsrail Müdafiə Nazirliyi arasında 80 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bildirilib ki, şirkətin özünümüdafiə dəstləri İsrail HHQ-yə məxsus F-16I qırıcılarının sağqalma qabiliyyətini daha da gücləndirəcək və onların təhlükəli mühitlərdə rahat işləməsinə imkan yaradacaq.

Sözügedən dəstə təkmil elektro-optik (EO) passiv raket xəbərdarlığı və atış aşkarlama sistemi (PAWS) ilə inteqrasiya edilmiş elektron müharibə (EW) həlli daxildir ki, bu da pilota və qırıcıya müxtəlif təhdidlərdən gücləndirilmiş qorunma imkanı verir.

Seçilən
40
3
poliqon.az

6Mənbələr