Ukrayna Silahlı Qüvvələrinin (VSU) bölmə komandirinin müavini 95 min dollar dəyərində gecəgörmə cihazları oğurladığı üçün tutulub. Bu barədə Ukraynanın Dövlət Təhqiqat Bürosu (QBR) rəsmi Telegram kanalında məlumat yayıb.
“Dnepropetrovsk vilayətində Dövlət İstintaq Bürosu təxminən 4 milyon qrivna (95 min dollar-red.) dəyərində gecəgörmə cihazlarını mənimsəmiş hərbi hissə komandirinin müavinini saxlayıb",- paylaşımda yazılıb.
Qurum qeyd edib ki, şübhəli şəxs bölmədə maddi-texniki təchizata cavabdeh olub və buna görə də avadanlıq, sənədlərin saxlandığı anbara çıxışı var imiş. Hərbçi 24 gecəgörmə cihazını döyüşlər zamanı itirilmiş kimi siyahıdan "silib". O, aparatları bölmədəki anbarda gizlədib.
Təqsirləndirilən şəxs həbs edilib.
Tural