“Xalq Sığorta” ASC-də İnformasiya texnologiyaları departamentinin rəhbəri təyin olunub.
Vəzifəyə təyin olan şəxs Abdullayev Ziya Abdulla oğludur.
O, Qafqaz Universitetində İnformatika və hesablama texnikası üzrə təhsil alıb.
Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32.516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4.4 manat olan 7.39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.
©banker.az